Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin təşəbbüsü ilə yaradılmış "Valideyn klubu" layihəsinin ilk görüşü keçirilib.
'Valideyn klubu"nun yaradılmasının məqsədi müxtəlif yaş dövrlərində uşaqların inkişafı zamanı valideynləri düşündürən, narahat edən məsələlər barədə maarifləndirici görüşlər təşkil etməkdən ibarətdir.
Təlim xarakterli görüşdə pedaqoq, uşaq həkimi və psixoloq tərəfindən 0-6 yaş arası uşaqların davranışında baş verən dəyişiklik zamanı valideynlərin övladları ilə necə rəftar etmələri barədə ətraflı məlumat verilib, valideynləri maraqlandıran suallar cavablandırılıb.