21.05.2024

Təhsil müəssisələrində təhlükəsiz mühitin qorunması məqsədilə monitorinqlər keçirilir

Təhsil müəssisələrində təhlükəsiz mühitin qorunması məqsədilə monitorinqlər keçirilir

 

Məktəblərdə daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin artırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə monitorinqlər davam etdirilir.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Gəncə şəhər Polis İdarəsinin birgə təşkil etdiyi monitorinqlərdə hər iki qurumun nümayəndələri və valideyn icmasının üzvləri iştirak ediblər.

 

Monitorinqlər çərçivəsində məktəblilərin “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na əməl etməsi vəziyyəti müşahidə olunub, məktəbə gətirilməsi qadağan olunan əşya və ləvazimatlar haqqında maarifləndirmə işi aparılıb, həmçinin məktəbli formalarından istifadənin zəruriliyi və digər müvafiq məsələlərlə bağlı şagirdlərə tövsiyələr verilib.


Açar sözlər: ,