27.05.2024

Təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində bəzi müəssisə rəhbərlərinə intizam tənbeh tədbiri tətbiq edilib

Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb. Bununla belə 7 ümumi təhsil müəssisəsinin direktoru, 5 məktəbəqədər təhsil müəssisəsinin müdiri barəsində xəbərdarlıq və inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Belə ki, Goranboy şəhər A.Nəbiyev adına 2 nömrəli körpələr evi – uşaq bağçasının müdirinə yazılı xəbərdarlıq,  Gəncə şəhər 38 saylı körpələr evi – uşaq bağçasının, Göygöl rayon Bənövşəli kənd tam orta, Göygöl şəhər 1 nömrəli tam orta, Köşkü kənd tam orta məktəbin, Goranboy rayon Veyisli kənd tam orta, Sarovlu kənd tam orta, H.Sarıyev adına Yəhərçi-Qazaxlar kənd tam orta məktəblərin, Qaraçinar kənd körpələr evi – uşaq bağçasının müdirinə, Borsunlu kənd 2 nömrəli tam orta məktəbin direktoruna töhmət, Gəncə şəhər 10 saylı uşaq bağçası və Gəncə şəhər 7 saylı körpələr evi – uşaq bağçasının müdirinə isə şiddətli töhmət verilib.

 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində yoxlamalar davam etdirilir.


Açar sözlər: ,  ,