Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi ehtimal olunan və ya baş vermiş fövqaladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, ilkin qəza-xilasetmə işlərinin aparılmasını təmin etmək məqsədilə görüş keçirilib.
GDRTİ-nin inzibati binasında keçirilən görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, FHN Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəis müavini Rauf Abbasov, GDRTİ-nin və Mülki müdafiə idarəsinin əməkdaşları iştirak ediblər.
Görüşdə baş verə biləcək fövqəladə hadisələrdən mühafizə üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsində rolu və zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsinə dair fikirlər səsləndirilib. Həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları da diqqət mərkəzində olub.