Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə müddətsiz əsaslarla ümumtəhsil məktəblərinə təyin olunan müəllimlərin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, GDRTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinə 2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə müddətsiz əsaslarla ümumtəhsil məktəblərinə təyin olunan müəllimlər iştirak ediblər.
Tədbirdə Anar Qədiməliyev çıxış edərək yeni işə təyin olunan müəllimlərin adaptasiya prosesi barədə danışıb. Müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildiyini vurğulayıb.
Tədbirin davamında müəllimləri maraqlandıran suallar cavablandırılıb. Sonda xatirə şəkli çəkilib.