14.09.2024

Şagird davranış qaydaları ilə bağlı görüş keçirilib

2024-2025-ci tədris ilində dərsin təşkilinə dair elm və təhsil nazirinin müvafiq əmrinin icrasına dair həmçinin şagird davranış qaydaları ilə bağlı görüş keçirilib.

 

2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunması, 2023-2024-cü tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi, məktəblərdə diqanostik qiymətləndirmənin təşkili,təhlili və onun əsasında tədrisin təşkili məsələləri müzakirə edilib.

 

Görüşdə ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılıb, eyni zamanda bu qaydaların təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən etdiyi, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verdiyi vurğulanıb.

 

Bundan əlavə görüşdə məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı verilən suallar cavablandırılıb.


Açar sözlər: ,