30.07.2024

Məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün təlimlər həyata keçirilib

“Məktəbəqədər təhsil müəssisələrinin əməkdaşlarının uşaqyönümlü yanaşması, uşaqlarla davranış qaydalarının mənimsənilməsi və uşaq müdafiəsi sisteminin tətbiqi” layihəsi Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün təlimlər həyata keçirilib.

 

Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazilriyinin elan etdiyi “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi əsasında “Məktəbəqədər təhsil müəssisələrinin əməkdaşlarının uşaqyönümlü yanaşması,uşaqlarla davranış qaydalarının mənimsənilməsi və uşaq müdafiəsi sisteminin tətbiqi” layihəsi çərçivəsində Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müəllimləri üçün təlimlər həyata keçirilib.

 

Təlimdə layihə çərçivəsində hazırlanmış uşaqyönümlü yanaşma, uşaqlarla davranış qaydalarının tədbiqi üzrə Metodik vəsaitdə əks olunan mövzular əhatə edilmiş xüsusi proqram üzrə keçirilib.

İştirakçılara əsasən “Uşaqyönümlü yanaşmada qanunvericilik”, “Uşaq bağçalarında davranış strategiyaları, dünya təcrübəsində etik standartlar”, “Uşaqların yaş və inkişaf dövrləri”, “Müəssisə dövründə olan uşaqların təməl ehtiyaclarına yanaşma”, “Uşaqların təhsil müəssisəyə adaptasiyasında bağça kollektivinin öhdəlikləri”, “Uşaqlara qarşı zorakılığın aşkarlanması”, “Bağça-uşaq-valideyn üçbucağı”, “Sosial psixoloji reabilitasiya və yönləndirmə xidmətləri”, “İnkluziv təhsilə adaptasiya”, “Uşaq qaynar xətt xidməti” və digər mövzular əhatə edib.


Açar sözlər: ,