17.10.2024

"Müəllim mənim üçün bilik və sevgimi şagirdlərimə verə bilməkdir" - Qabaqcıl müəllimlərimizdən Günay Quliyeva

Günay Quliyeva Gəncə Dövlət Universitetinin kimya-biologiya müəllimliyi ixtisasını bitirib, 2011-ci ildən indiyədək Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəbdə kimya müəllimi olaraq çalışır. Şagirdləri Respublika fənn müsabiqəsi və digər yarışlarda uğurlu nəticələr əldə ediblər. Günay müəllimlə olan müsahibəmizi təqdim edirik. 


-    İnsanlar tərəfindən müəllimlik peşəsi çətin və məsuliyyətli olaraq qəbul edilir, siz niyə müəllimlik peşəsini seçibsiz? 
-    Müəllim mənim üçün bilik və sevgimi şagirdlərimə verə bilməkdir. Bu peşəni seçmək mənim uğurumdur. Gənc nəslin və yetişməkdə olan şagirdlərin qəlbinə toxuna bilmək məni motivasiya edir . Fənnimin incəliklərini öyrədərkən çalışıram ki , ən sadə üsullardan, ən asan metodlardan istifadə edim ki, uşaqlar yorulmasın.

 

-    Müəllim olaraq ilk dərsdə hansı hisləri keçirdiniz, həyəcan vardımı? 
-    İlk dərs günüm mənim üçün ən unudulmaz günlərimdəndir. Xatırladıqca yenə sevinirəm və qürurlanıram. İlk daxil olduğum sinif 11-ci sinif idi , yəni böyuk uşaqlar idi məni maraqla , həyəcanla dinləyirdilər. Dərsimi çox bəyənmişdilər. Həm sevinirdim, həm qürurlanırdım. 

 

-    Yaxşı müəllim olmaq üçün nələr etmək lazımdır?
-    Yaxşı müəllim rəhimli , mərhəmətli, sevgi dolu olmadır.Həm geyimi , həm davranışı , həm savadı ilə daim şagirdlərinin rəğbətini qazanmalıdr. Hər il ölkənin fərqli universitetlərinə yüksək nəticəli abutiruyentlər yetişdirmək mənim üçün qürurvericidir. Öz cığırımda həkimlər, mühəndislər , müəlimlər görmək mənə ilham verir. Yüksək bal ilə qəbul qazanan bu gənclər mənim stimul qaynağımdır . Bu enerji daha da çalışqanlığımı artırır. 

 

-    Fənn müsabiqəsi və digər yarışlarda uğurlu nəticəəldə etmiş şagirdləriniz var. Nəticə əldə etmək üçün müəllimlərimiz dahaçox hansı üsul və vasitələrdən istifadə etməlidir?

-    2022-2023-cü tədris ilində keçirilən Fənn müsabiqəsi  üzrə şagirdim Zümrüd Ələbərova qızıl medal qazanması müəllimlik faliyyətimin ən sevindirici yanlarından oldu . 2023-2024-cü tədris ilində Azərbaycan Gənc Müəllimlər Assosasiyasının “Regionalda Olimpadalara Hazırlıq Mərkəzinin Qurulması” layihəsinə qatıldım və bu layihəni də müvəffəqiyyətlə başa vurdum. Şagirdim Ələbərova Zümrüd 1-ci yer, Piriyev Qurban 2-ci yerə layiq görüldülər. Bu uğurlarımı tutduğum məqsədimin xoşbəxt nəticəsi hesab edirəm. Heç vaxt “çox çalışdım, bu qədər bəsdir “ deyə düşünməmişəm. Əksinə daha çox çalışıb, uğur qazanmağı qarşıya məqsəd qoymuşam.


-    Son olaraq həmkarlarınıza bildirmək istədiyiniz nələr var?
-    Hər bir həmkarıma bu işdə səbirli , mərhəmətli, sevgi dolu olmağı arzulayıram , bu işdə daim inkişaf etməli , qarşılarına qoyduqları məqsədlər üçün fədərkarlıq göstətməidirlər. Bir müəllim şagirdlərinin uğurunda var olur . Gənc nəslin formalaşmasında izi olduqca yaşayır . Unutmayaq ki , bu gün dərs dediyimiz hər hansı şagird gələcəkdə dünyaca ən məşhur şəxsiyyətlərdən biri ola bilər. Mənim şagirdlərimin böyük əksəriyyəti kimya fənnini çox sevirlər .Çünki ,bacardıqca dərsimi kimya labaratoriyasında əldə olunan ləvazimatlarla keçirirəm. Şagirdlər kimya dərsində laboratoriyada özləri kiçik təcrübələr aparırlar və bu da onlarda fənnə qarşı daha çox maraq yaradır və kimya ilə bağlı ixtisasa yiyələnən şagirdlərimin sayı daha çox olur. Bunuhn nəticəsidir ki, ötən il rayon üzrə 5 həkim, bu il isə 2 həkim eyni zamanda hər il, davamlı olaraq məktəb üzrə kimya müəllimlərinin, kimya mühəndislərinin sayı çox olur.