Goranboy rayon Kəhrizli kənd, Quşçular kənd, Eyvazlılar kənd tam orta və Goranboy şəhər 2 nömrəli tam orta məktəbin və Samux rayon Qədili kənd ümumi orta məktəbin müəllimləri uzun illərdir ki, vahid formadan istifadə edirlər.
Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərən xüsusi amildir.
Müəllimlər vahid geyim forması ilə tədris prosesində daha peşəkar bir görünüşə sahib olurlar. Bu, həm şagirdlər, həm də valideynlər arasında müəllimlərin ciddiyyətini və nüfuzunu artıraraq, məktəb mühitində intizamın təmin edilməsinə kömək edir.
Həmçinin bu addım bərabərlik prinsipinin əyani nümunəsidir.