09.10.2024

Fəaliyyət planı ilə bağlı görüş keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, sektor müdirləri və GDRTİ-nin əməkdaşlarının iştirakı ilə Fəaliyyət planı ilə bağlı görüş keçirilib.

 

Görüşdə BilBacar müsabiqəsi, Celebry platforması, təhlükəsiz məktəb mühiti, şagird davranış qaydaları, inklüziv təhsil, ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların aradan qaldırılması məqsədi müvafiq tədbirlərin görülməsi, müvafiq təhsilalanların beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakının təmin olunması, COP29 ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.

 

Bundan başqa görüşdə lV, VI və IX siniflərdə müvafiq fənlər üzrə tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edən intensiv monitorinqlərin təşkili və digər məsələlərlə bağlı aylıq hesabatların hazırlanması, nəzarət prinsipinin təkmilləşdirilməsi ilə bağlı da tapşırıq verilib.


Açar sözlər: ,  ,  ,