07.11.2024

Keyfiyyət monitorinqlərinin nəticələrinə dair görüş keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagird sağlamlığı, təhlükəsizliyi və məmnunluğu, nizam-intizamın idarə olunması istiqamətində keyfiyyət monitorinqlərinin nəticələrinə dair görüş keçirilib.

 

Keyfiyyət monitorinqləri Gəncə şəhəri üzrə 12, Daşkəsən rayonu üzrə 1, Naftalan şəhəri üzrə 1, Samux rayonu üzrə 3, Göygöl rayonu üzrə 4, Goranboy rayonu üzrə 4 ümumi təhsil müəssisəsində həyata keçirilib.

 

Qeyd edək ki, monitorinq prosesində məktəbdə nizam-intizamın idarə olunması, davranışın, davamiyyətin və punktuallığın tənzimlənməsi, məktəbdə şagird sağlamlığı, təhlükəsizliyi və mühafizəsini təmin etmək üçün görülən tədbirlər, sanitar gigiyenik vəziyyət və digər məsələlər əsas meyarlar üzrə yoxlanılıb.

 

Görüşün davamında ümumi təhsil müəssisələrində aşkarlanan  çatışmazlıqların qısa müddətə aradan qaldırılması ilə bağlı tapşırıq verilib.


Açar sözlər: ,