Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov sektor müdirləri, regional təhsil idarəsinin əməkdaşları, yerli təhsil sektorlarının əməkdaşları və ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
Görüşdə tədrisin mövcud vəziyyəti, təhsilin inkişaf aspektləri, şagird nailiyyətlərinin ölçülməsi, 4-6-cı siniflər üzrə həyata keçirilən monitorinqlərin nəticələri, şagird potensialının düzgün qiymətləndirilməsi, vətəndaş qəbulu mexanizminin təkmilləşdirilməsi məsələləri barədə danışıb. İdarə müdiri təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması istiqamətində məktəb valideyn münasibətlərinin tənzimlənməsinin vacib olduğunu, məktəb sənədləşməsi prosesinin təkmilləşməsi barədə görüləcək işlər haqqında görüş iştirakçılarına bildirib.
Görüş qarşılıqlı müzakirə şəraitində davam edib.