Göygöl rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin lX sinif üzrə qiymətləndirmə nəticələrinin təhlili mövzusunda görüş keçirilib.
Görüşdə Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, sektor əməkdaşları, tabelikdə olan ümumi təhsil məktəblərinin direktorları, cari tədris ilində lX sinifdə Tədris dili, Riyaziyyat və Xarici dil fənni tədris edən müəllimlər iştirak ediblər.
Görüşdə IX siniflərin buraxılış imtahanı üzrə ümumi nəticələr, 2023-2024-cü tədris ilinin nəticələrinin fənlər üzrə dinamikası, imtahan nəticələri üzrə şagird kateqoriyaları, aşağı və yüksək nəticə göstərmiş təhsil müəssisələri barədə məlumat verilib. Bununla yanaşı mövcud vəziyyət, hədəflər və tapşırıqlar barədə də ətraflı məlumat verilib. Görüşün davamında ümumtəhsil məktəblərinin direktorlarını maraqlandıran suallar cavablandırılıb.