01.02.2025

Olimpiadaya hazırlıq mərkəzlərinə baxış keçirilib

Gəncə şəhərində fəaliyyət göstərən Olimpiadaya hazırlıq mərkəzlərinə baxış keçirilib.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Tədrisin keyfiyyəti sektorunun müdiri Elmin Məmmədtağıyev və Gəncə şəhəri üzrə təhsil sektorunun müdiri Nərgiz Həsənova Gəncə şəhərində fəaliyyət göstərən olimpiadaya hazırlıq mərkəzlərində yaradılmış şəraitlə tanış olublar.

 

Qeyd edək ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-lisey, M.Füzuli adına 22 nömrəli tam orta məktəb, 26 nömrəli və İ.Nəsimi adına 44 nömrəli məktəb-liseydə yaradılmış Respublika fənn olimpiadalarına hazırlıq mərkəzlərində dərslər peşəkar müəllimlər tərəfindən tədris olunur.

 

Mərkəzlərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, və tarix olmaqla ümumillikdə 8 fənndən Respublika fənn olimpiadasına hazırlıq dərsləri keçirilir.

 

Dərslər əsasən, şənbə və bazar günləri və ya həftə içi dərsdən sonra təşkil edilir. Sözügedən qruplarda şagirdlərin nəzəri biliklərlə yanaşı praktiki bilik və bacarıqları da artırılır.

 

Olimpiadaya hazırlıq mərkəzlərində həyata keçirilən tədris prosesinə qoşulmaq üçün valideynlər 146-0-2 Çağrı Mərkəzi ilə əlaqə saxlaya, uyğun olan şagirdlərin həmin qruplarda tədrisə cəlb olunmasına müvəffəq ola bilərlər.


Açar sözlər: ,