Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində fevral ayı sağlamlıq və təhlükəsizlik ayı elan olunur.
2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sağlamlığının və təhlükəsizliyinin təmin olunması, onların zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin formalaşdırılması məqsədi ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində fevral ayı sağlamlıq və təhlükəsizlik ayı elan olunur.
Sağlamlıq və təhlükəsizlik ayı çərçivəsində ümumi təhsil müəssisələrində valideynlərlə görüş, idman nailiyyəti olan idmançılarla görüş, müxtəlif idman yarışları, şagird təhlükəsizliyi və şagirdlərdə sağlam qidalanma vərdişlərinin formalaşması ilə bağlı tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində fevral ayı həmçinin Azərbaycan dili və ədəbiyyat fənn aylığı elan edilib.