14.05.2025

"Sosial media və təhsil" mövzusunda olan təlim keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə növbəti təlim keçirilib.

 

"Sosial media və təhsil" mövzusunda olan təlim İnzibati təşkilat sektorunun məsləhətçisi Raminə Məmmədova  tərəfindən həyata keçirilib.

 

Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə keçirilən təlimdə sosial medianın təhsil mühitində istifadəsi, məktəblərin imicinin formalaşdırılması, etik paylaşım prinsipləri və rəqəmsal təhlükəsizlik mövzuları üzrə əhəmiyyətli məlumatlar təqdim edilib.

 

Qeyd edək ki, təlimlərin məqsədi məktəb direktorlarının müasir idarəetmə sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, peşəkarlığının artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, həmkarlar arasında fərdi praktik təcrübələrin mübadiləsi, onların informasiya texnologiyalarına və qabaqcıl təlim sisteminə bələd olması, həmçinin effektiv məktəb idarəetməsi və liderlik potensialının inkişaf etdirilməsindən ibarətdir.

 

Təlimlər may ayının sonunadək davam edəcək. Təlimlər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin digər əməkdaşları tərəfindən müxtəlif mövzular üzrə həyata keçiriləcəkdir.

 

Qeyd edək ki, Regional Təhsil İdarəsinin tabeliyində olan digər ümumtəhsil məktəblərinin direktorları üçün də təlimlər keçiriləcək.


Açar sözlər: ,  ,