12.05.2025

Tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələrə start verilib

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələrə start verilib.

 

Müsahibə zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır. Eləcə də müsahibədə valideynin iştirakı da təmin olunur.

 

Məlumat üçün bildiririk ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibələr Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə 12-31 may tarixini əhatə edəcək.

 

Müsahibədən uğurlu nəticə əldə edən uşaqların valideynləri iyunun 17-dən sentyabrın 12-dək məktəb və müəllim seçimi edə bilərlər.


Açar sözlər: ,