Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirlərdə Ulu öndərin müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılmasındakı əvəzolunmaz rolundan bəhs edilib. Heydər Əliyevin ömür yolu vətənə, xalqa, millətə sonsuz sədaqət və məhəbbətin parlaq rəmzi olduğu bildirilib. Bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Heydər Əliyevin tərəqqinin yeganə yolunu xalqın maariflənməsində gördüyü şagirdlərin diqqətinə çatdırılıb.
Tədbirlərdə Ulu Öndərin keçdiyi zəngin həyat yolundan bəhs edən videoçarxlar təqdim olunub. Həmçinin məktəblilər onlara ərmağan edilən müasir, müstəqil Azərbaycanın memarına ehtiram əlaməti olaraq şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.