08.05.2025

“Təhsildə şəffaflıq və korrupsiyaya qarşı mübarizə” mövzusunda görüş keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə idarənin İnzibati təşkilat sektorunun baş məsləhətçisi Nofəl Fərzəliyev tərəfindən “Təhsildə şəffaflıq və korrupsiyaya qarşı mübarizə” mövzusunda həyata keçirilən maarifləndirici görüşdə Göygöl rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəb direktorları və bağça müdirləri iştirak ediblər.

 

Görüş müddətində korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin əhəmiyyətindən danışılıb bu sahədə görülən profilaktik tədbirlər barədə geniş məlumat verilib. Təhsil müəssisələrində korrupsiya ilə mübarizə tədbirlərinin prioritet istiqamət kimi götürüldüyünü, əsas məqsədin təhsil sahəsində antikorrupsiya davranış modelinin formalaşmasından ibarət olduğu deyilib.

 

Maarifləndirici görüş korrupsiyaya qarşı mübarizəyə dair təlimatla tanışlıq və qarşılıqlı fikir mübadiləsi çərçivəsində davam etdirilib.

 

Qeyd edək ki, “Təhsildə şəffaflıq və korrupsiyaya qarşı mübarizə” mövzusunda görüşlər bütün təhsil sektorları üzrə həyata keçiriləcəkdir.


Açar sözlər: ,    
/ 4