01.05.2025

Nə? Harada? Nə zaman? intellektual yarışı keçirilib

PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak edəcək şagirdlərin iştirakı ilə Nə? Harada? Nə zaman? intellektual yarışı keçirilib.

 

300-dən çox şagirdin 41 komanda üzrə iştirak etdiyi yarışın məqsədi şagirdlərin dünya görüşünün, intellektual səviyyəsinin artırılması, həmçinin onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması və asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.

 

İki seansda keçirilən yarışın birinci seansında 20, ikinci seansda isə 21 komanda yarışıb. Yarışın final mərhələsində isə nəticələrə əsasən 6 komanda mübarizə aparıb.

 

Yarışın nəticələrinə əsasən Göygöl rayon texniki, təbiət fənnləri təmayüllü liseyin şagirdlərin ibarət “Mübarizlər” komandası I yerə, Gəncə şəhər 32 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət “Sirius” komandası II yerə, Gəncə şəhər 27 və 44 nömrəli məktəb-liseyin şagirdlərindən ibarət “Siqma” komandası isə III yerə layiq görülüb.

 

Yekunda qalib komandaların hər bir üzvü təltif edilib.


Açar sözlər: ,