Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov “Nə? Harada? Nə zaman?” intellektual yarışının Bakı şəhərində təşkil edilən Respublika çempionatlarında qalib olan müəllimlərlə görüşüb.
İdarə müdiri müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Belə yarışlarda iştirakın müəllimlərin dünya görüşünün, intellektual səviyyəsinin artırılması, həmçinin onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması və asudə vaxtlarının səmərəli təşkil edilməsində vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, müəllimlərdən ibarət komandalar arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual yarışının Bakı şəhərində təşkil edilən Respublika çempionatlarında Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin “Kayzen” komandası və Goranboy rayon M.Səfərov adına Qaradağlı kənd tam orta məktəbin, M.Dosiyev adına Qızılhacılı 2 nömrəli tam orta məktəbin və Göygöl rayon Üçtəpə kənd tam orta məktəbin müəllimlərindən ibarət “The masters” komandası I yerə layiq görülüblər.