Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
Müsahibə mərhələsində müsabiqənin test imtahanı mərhələsində müvafiq nəticə göstərmiş namizədlər iştirak ediblər.
Qeyd edək ki, müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilib.
Müsahibə mərhələsinin nəticələri barədə namizədlərin əlaqə nömrələrinə SMS vasitəsilə bildiriş göndəriləcək,