22.04.2025

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin əyani mərhələsinə start verilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin əyani mərhələsinin gedişatını izləyib.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 4 mərkəzdə həyata keçirilən müsabiqədə 3 gün ərzində 2000-dək şagird iştirak edəcək.

 

Proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.


Açar sözlər: ,