“Yaradıcılıq ayı” çərçivəsində “Ən yaradıcı rəssam” adlı rəsm müsabiqəsinin rayon (şəhər) mərhələsi yekunlaşıb.
Rəsm müsabiqəsinin keçirilməsində məqsəd şagirdlərin bədii-estetik səviyyələrini yüksəltmək, yaradıcı potensiallarını üzə çıxarmaq, xüsusi istedada malik olan uşaqları aşkarlamaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.
Müsabiqə 3 yaş kateqoriyası üzrə (6-9, 10-13, 14-17) 3 mərhələdə keçirilir.
Yarışın növbəti region mərhələsində şəhər (rayon) mərhələsinin qalibləri müsabiqənin mövzularından birinə uyğun olaraq canlı rəsm əsəri çəkməlidirlər. Region mərhələsində müsabiqə komissiyası tərəfindən müsabiqənin hər üç yaş kateqoriyası üzrə region qalibləri müəyyənləşməlidir.
Yekunda yarışın qalibi olan şagirdlər təltif olunacaqlar.