11.04.2025

Ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə görüş keçirilib

Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə görüş keçirilib.

 

Görüşdə çıxış edən Tədrisin keyfiyyəti sektorunun müdiri Elmin Məmmədtağıyev IX sinif şagirdləri üçün təşkil edilmiş monitorinq qiymətləndirməsinin nəticələri, həmin nəticələrin təhlilləri barədə məlumat verib.

 

Görüş müddətində Gəncə şəhəri üzrə təhsil sektorunun müdiri Nərgiz Həsənova Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası, Respublika Fənn müsabiqəsi, yarımfinal və final mərhələsi keçiriləcək müsabiqələrdə iştirak edəcək şagirdlər barədə məlumat verilib. Hal-hazırki nəticələrin ötən ilə nisbətdə daha yüksək olduğu diqqətə çatdırılıb.