24.04.2025

Monitorinqlər həyata keçirilir

 

Ümumtəhsil müəssisələrində şagird sağlamlığı, təhlükəsizliyi və məmnunluğu, nizam-intizamın idarə olunması istiqamətində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Gəncə şəhər Baş Polis İdarəsinin birgə təşəbbüsü ilə monitorinqlər həyata keçirilir.

 

Monitorinqlər zamanı şagirdlərin müəssisəyə qəbuluna nəzarət, şagirdlərin gecikmə hallarının qeydiyyatı, məktəbin həyətinə və binasına giriş-çıxışa nəzarət, tənəffüs zamanı dəhlizlərdə şagirdlərin məktəbdaxili nizam-intizam qaydalarına əməl etməsi və digər məktəbdaxili qaydalara nəzarət həyata keçirilib.

 

Qeyd edək ki, proses digər ümumi təhsil müəssisələrində də davam etdiriləcək.