“Erkən nikahlar və onların fəsadları” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə erkən nikahların həm sosial, həm mənəvi, həm də sağlamlıq baxımından zərərləri barədə geniş müzakirələr aparılıb. Vurğulanıb ki, yeniyetmə yaşında ailə quran insan həyatın ritmini pozmuş olur. Orta məktəbi bitirmək, ali məktəbə qəbul olmaq, mütəxəssis kimi yetişmək, bilik və bacarıqları cəmiyyətin inkişafı istiqamətində yönəltmək şüurlu canlının strateji hədəfi olmalıdır. Belə ki, erkən nikahlar bu hədəfə çatmaqda ən böyük maneədir.
Tədbirdə, həmçinin erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə erkən nikahla mübarizə yolları barədə məlumat verilib.