Tədris işləri üzrə direktor müavinlərinin hesabatları dinlənilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan tədris işləri üzrə direktor müavinlərinin 2024-2025-ci tədris ili üzrə hesabatları dinlənilib.
Hesabat zamanı namizədlər müvafiq dövrü əhatə edən fəaliyyətləri ilə bağlı təqdimatla çıxış ediblər.
Hesabatlar dinlənildikdən sonra məktəb rəhbərlərinin də ümumi rəyləri alınmış və nəticədə həmin rəhbər şəxslərlə əmək münasibətlərinin tənzimlənməsi barədə qərar verilmişdir.
Qeyd edək ki, hesabatların dinlənilməsi davam etdiriləcəkdir.