24.11.2025

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi yekunlaşı

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi müəllim vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi yekunlaşıb.

 

Müsahibə zamanı namizədlərin ünsiyyət və təqdimetmə bacarığı , məktəbəqədər təhsil sahəsində pedaqoji bilikləri, metodik hazırlıq səviyyələri , peşəyə yanaşma və dəyərlər üzrə qiymətləndirilib

 

Qiymətləndirmə meyarlarına əsasən uğur qazanmış namizədlər müvafiq məktəbəqədər təhsil müəssisələrində fəaliyyətə başlayacaqlar.

 

Qeyd edək ki, müsahibələr yekunlaşıb.