08.01.2025

“Elektron sənəd dövriyyəsi sistemləri“ ilə bağlı təlim keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun təşəbbüsü ilə idarənin İnzibati təşkilat, Tədrisin keyfiyyəti və Maliyyə iqtisadiyyat sektorunda çalışan dövlət qulluqçularının iştirakı ilə “Elektron sənəd dövriyyəsi sistemləri” ilə bağlı təlim keçirilib.

 

Təlim müddətində sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün ümumi tələblər, sənədlərin dövriyyəsinin təşkili, elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və s. mövzularla bağlı bir sıra müzakirələr aparılıb.

 

Təlimin davamında iştirakçılar komandalar şəklində prosesin təkmilləşməsi istiqamətində öz təqdimatlarını hazırlayıblar.