07.05.2026

I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirili

        I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri arasında I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib.

        Yarışın keçirilməsində əsas məqsəd şagirdlərdə türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti və ədəbi irsi haqqında biliklərin artırılması, milli-mənəvi dəyərlərə hörmət hissinin gücləndirilməsi, eləcə də I Türkoloji Qurultayın Azərbaycan və ümumtürk elmi-mədəni fikrinin inkişafındakı rolunun təbliğ edilməsidir.

        Tədbirin açılış mərasimində çıxış edənlər tərəfindən qeyd olunub ki, 1926-cı ildə Bakı şəhərində keçirilmiş I Türkoloji Qurultay türk dünyasının görkəmli alim və ziyalılarını bir araya gətirən mühüm elmi hadisə olmuş, türk dillərinin öyrənilməsi, ortaq elmi yanaşmaların formalaşdırılması və mədəni əlaqələrin genişləndirilməsi baxımından tarixi əhəmiyyət kəsb etmişdir.

        Bilik yarışında ümumi təhsil müəssisələrini təmsil edən komandalar Azərbaycan tarixi, türk dünyasının görkəmli şəxsiyyətləri, türk xalqlarının mədəni irsi, ədəbiyyatı, coğrafiyası və I Türkoloji Qurultayın tarixi ilə bağlı sualları cavablandırıblar. Yarış iştirakçıların məntiqi təfəkkürünü, araşdırma bacarıqlarını və komanda şəklində işləmək vərdişlərini nümayiş etdirmələri üçün əlverişli imkan yaradıb.

        Gərgin və maraqlı mübarizə şəraitində keçən yarış zamanı şagirdlər yüksək hazırlıq səviyyəsi nümayiş etdirərək müxtəlif mövzular üzrə bilik və bacarıqlarını ortaya qoyublar. Münsiflər heyəti tərəfindən iştirakçıların cavabları qiymətləndirilib, yekun nəticələr əsasında qalib komandalar müəyyənləşdirilib.

        Sonda fərqlənən komandalar təltif olunub, iştirakçılara gələcək yarışlarda uğurlar arzulanıb. Qeyd olunub ki, bu kimi tədbirlər şagirdlərin tariximizə, milli-mədəni irsimizə və türk dünyasının ortaq dəyərlərinə marağının artırılmasında mühüm rol oynayır.