22.04.2026

Maliyyə savadlılığı və maliyyə sabitliyi mövzusunda maarifləndirici tədbirlər keçirilib

        Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagirdlərin maliyyə savadlılığının artırılması, maliyyə resurslarından səmərəli istifadə bacarıqlarının formalaşdırılması və maliyyə sabitliyi haqqında məlumatlılığın yüksəldilməsi məqsədilə maarifləndirici tədbirlər keçirilib.

        Tədbirlər zamanı iştirakçılara maliyyə savadlılığının əsas prinsipləri, şəxsi büdcənin planlaşdırılması, gəlir və xərclərin idarə olunması, qənaət vərdişlərinin formalaşdırılması, maliyyə məsuliyyəti və maliyyə sabitliyinin təmin edilməsində fərdi yanaşmalar barədə məlumat verilib.

        Görüşlərdə vurğulanıb ki, maliyyə savadlılığı müasir dövrdə hər bir fərdin uğurlu fəaliyyət göstərməsi üçün vacib bacarıqlardan biridir. Şagirdlərə düzgün maliyyə qərarlarının qəbul edilməsinin, resurslardan səmərəli istifadənin və uzunmüddətli maliyyə planlaşdırmasının əhəmiyyəti izah olunub.

        Tədbirlər çərçivəsində təqdimatlar nümayiş etdirilib, praktiki nümunələr əsasında müzakirələr aparılıb, şagirdlərin maliyyə biliklərinin inkişafına yönəlmiş interaktiv fəaliyyətlər təşkil edilib. İştirakçılar maliyyə sabitliyinin ailə və cəmiyyət həyatındakı rolu, maliyyə təhlükəsizliyinin təmin olunması yolları və qənaət mədəniyyətinin formalaşdırılması barədə ətraflı məlumat əldə ediblər.

        Qeyd olunub ki, maliyyə savadlılığının artırılması istiqamətində keçirilən bu kimi tədbirlər şagirdlərin gələcək həyatlarında düzgün maliyyə qərarları qəbul etmələrinə, məsuliyyətli maliyyə davranışlarının formalaşmasına və iqtisadi biliklərinin inkişafına mühüm töhfə verir.