Mayın 20-də təhsil naziri Mikayıl Cabbarov Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Marta Qalinda Penyanı qəbul edib.
Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.