27 may.2016-cı il tarixdə Gəncədə Təhsil Nazirliyi yanında Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə "Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik" mövzusunda məktəblilərin respublika müsabiqəsinin zona mərhələsi keçirilib. 9 nominasiya üzrə aparılan mübarizədə Gəncə, Şəmkir, Göygöl, Samux və Goranboy məktəblərindən 1256 şagird iştirak edib. "2016-2025-ci illər mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət proqramı"na uyğun olaraq keçirilən müsabiqənin zona mərhələsində uğur qazanan iştirakçılar respublika mərhələsində iştirak hüququ əldə edəcəklər.