19.10.2016

TQDK Gəncədə seminarlar keçirəcək  

Oktyabrın 22-də Gəncədə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Azərbaycan dili və riyaziyyat fənləri üzrə 2017-ci ildə 9 illik təhsil bazasından buraxılış imtahanlarının yeni qaydalarına dair müzakirələrə həsr olunan seminarlar keçiriləcək.

TQDK-dan bildiriblər ki, seminarlarda, həmçinin 2016-cı ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqları, yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış dərsliklər müzakirə olunacaq.