21.04.2017

MƏKTƏBLİLƏRİN NƏZƏRİNƏ

    22 və 29 aprel 2017-ci il tarixlərdə Gənclər və İdman Nazirliyinin və Gəncə şəhər Təhsil idarəsinin təşkilatçılığı və dəstəyi ilə “İstedadların hazırlığı laboratoriyası” layihəsi həyata keçirilir.
    Layihə çərçivəsində təşkil olunan OLİMPİADA iki - onlayn və əyani turlardan ibarət olur. (başlama vaxtı saat 12-00)
    Online mərhələlərdə yüksək bal toplayan iştirakçılar final (əyani) mərhələyə keçid alırlar.
    Olimpiadada 14-16 yaş arası məktəblilər iştirak edə bilərlər.
    Olimpiadalar riyaziyyat, fizika və kimya fənləri üzrə aparılır.
    Olimpiada www.istedad.az saytında qeydiyyatdan keçmiş istənilən gənc imtahan turunda iştirak edə bilər.
    Olimpiada haqqinda məlumat: www.istedad.az saytı


Açar sözlər: ,