Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.
Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Müsabiqə iki mərhələdən ibarət olmaqla (elektron müraciətlərin qəbulu və müsahibə mərhələsi) mərkəzləşdirilmiş qaydada Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən həyata keçiriləcəkdir.
GŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər ir@ganja-sti.edu.az elektron poçt ünvanına müvafiq məlumatlarını göndərə bilərlər.
Tələb olunan sənədlər:
1) iddia etdikləri vəzifəni və namizədin əlaqə vasitələrini göstərməklə elektron poçt üzərindən müraciət.
2) Şəxsiyyət vəsiqəsinin elektron surəti;
3) Əmək kitabçasının elektron surəti;
4) Direktorların işə qəbulu müsabiqəsində iştirak etmiş şəxslər müsabiqədə iştirak etmələri barədə sənədin elektron surətini.
Qeydiyyat müddəti: 06 sentyabr-10 sentyabr 2021-ci il tarixlərində həyata keçiriləcəkdir.
Müsabiqədə aşağıda qeyd olunan şəxslər iştirak edə bilərlər.
• Gəncə şəhər ümumtəhsil müəsissələrində müvafiq vəzifələr üzrə vakant yer olan və həmin müəsisədə çalışan, 3 (üç) ildən artıq pedaqoji staja malik, ali təhsilli müəllimlər.
• Direktorların işə qəbulu müsabiqəsində iştirak edərək müvafiq keçid balını toplamış Gəncə şəhər ümümtəhsil müəsissələrində çalışan müəllimlər.
Elektron sənədlərə baxış keçirildikdən sonra müvafiq vəzifələrə uyğun olan namizədlərə müsahibənin vaxtı barədə elektron poçt və ya telefon vasitəsiylə məlumat veriləcəkdir.
Müsahibə mərhələsində namizədlərin aşağıdakı mövzular üzrə bilik və bacarıqları yoxlanılacaqdır:
• Ümumi dünyagörüşü;
• Təhsil qanunvericiliyi;
• Gənclərin təlim və tərbiyə məsələlərinə dair dövlət və hökümət orqanlarının qərarları;
• Təhsilin idarə olunması üzrə tənzimləyici və normativ-hüquqi sənədlər;
• İdarəetmənin elmi əsasları və müasir metodları;
• İnformasiya kommunikasiya sistemlərindən istifadə;
• Əmək qanunvericiliyi və əməyin hüquqi tənzimlənməsi üzrə normativ sənədlər.
Əlaqə üçün:
Telefon: (022) 256-15-76
Elektron poçt: ir@ganja-sti.edu.az