16.11.2021

Eksternat qaydada imtahanların keçirilməsi barədə elan

Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 16 noyabr 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixədək eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında iştirak məqsədilə onlayn qaydada sənəd qəbulu həyata keçiriləcəkdir.

 

Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxs aşağıdakı tələb olunan sənədləri (eyni zamanda bir ünvandan)  eksternat@ganja-sti.edu.az elektron poçt ünvanına  göndərməlidirlər:

 

Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır. Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə  əsas fənlərdən ibarət aralıq imtahanda iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər. Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır. İmtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək  hüququ qazanırlar.

 

Xüsusi qeyd: Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə eksternat qaydada imtahanlarda iştirak barədə ərizə təsdiq edilməyəcək və ərizəçinin elektron poçt ünvanına bu barədə müvafiq bildiriş göndəriləcəkdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının  Qanununun 21.2-ci bəndinə əsasən orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslərin eksternat imtahanlarında iştirak ərizələri qəbul edilmir!

 

Təhsilini başa vura bilməyən şəxslər üçün ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat qaydasında aralıq imtahanlarının təşkili barədə Gəncə Şəhər Təhsil İdarəsi müdirinin əmri

 

Tələb olunan sənədlər

 

Tam orta təhsil səviyyəsi üzrə ərizə

 

Ümumi orta təhsil səviyyəsi üzrə ərizə


Açar sözlər: ,