Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin təşkilatçılığı ali ve orta məktəb əməkdaşlarının fərdi praktik təcrübə mübadiləsinin aparılması, onların pedaqoji yaradıcılıqlarının stimullaşdırılması, habelə əməkdaşlıqlarının artırılması məqsədilə "Fənnin tədrisinin effektiv yolları və şagird nailiyyətlərinə təsir edən amillər” mövzusunda I Fənn Konfransı keçiriləcək.
Konfransın bölmələr üzrə istiqamətləri aşağıdakılardır:
Müasir şagirdin müasir təhsildən gözləntisi.
Fənnin tədrisində şagirdlərdə funksional bacarığın artırılması.
Şagirdlərdə fənnə marağın artırılmasında məktəbin rolu.
Qiymətləndirmənin şagird nailiyyətlərində rolu.
Metodik vəsaitdən səmərəli istifadə.
Fənnin tədrisində çətinlik çəkilən mövzuların (bir və ya iki mövzu üzərində izah) effektiv öyrətmə yolları.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda şagirdlərin doğru cavablandırmaqda çətinlik çəkdiyi sual tipləri həçmin sual tiplərindən tədris zamanı istifadə.
Konfransda yuxarıda qeyd olunan bölmələr üzrə təqdimatla çıxış etmək istəyən pedaqoji işçilər öz çıxışlarını müəyyən olunmuş bölmələr üzrə təyin olunmuş müddətə qədər fennkonfransi@ganja-sti.edu.az elektron poçt ünvanına göndərilməlidirlər. Hazırlanmış təqdimat və çıxış təşkilat komitəsi tərəfindən baxıldıqdan sonra I Fənn Konfransında iştirak üçün məqbul hesab edilərsə həmin şəxs öz təqdimatı ilə çıxış edəcəkdir.
I Fənn Konfransında hər bir fənn üzrə fənn müəllimləri iştirak edəcəklər.
Müvafiq fənnlər üzrə konfransların tarixi aşağıdakı kimidir.
№ |
Fənlər üzrə I Fənn Konfransı |
Konfrans tarixi
|
Məqalənin son təhvil verilmə tarixi |
1 |
Azərbaycan dili və ədəbiyyat fənni üzrə I Fənn Konfransı |
03.12.2022 |
21.11.2022 |
2 |
Xarici dil fənləri üzrə I Fənn Konfransı |
24.12.2022 |
12.12.2022 |
3 |
Riyaziyyat fənni üzrə I Fənn Konfransı |
14.01.2023 |
02.01.2023 |
4 |
Fizika fənni üzrə I Fənn Konfransı |
28.01.2023 |
16.01.2023 |
5 |
Kimya fənni üzrə I Fənn Konfransı |
18.02.2023 |
06.02.2023 |
6 |
Biologiya fənni üzrə I Fənn Konfransı |
18.03.2023 |
06.03.2023 |
7 |
Coğrafiya fənni üzrə I Fənn Konfransı |
15.04.2023 |
03.04.2023 |
8 |
Tarix fənni üzrə I Fənn Konfransı |
20.05.2023 |
08.05.2023 |
9 |
İnformatika üzrə I Fənn Konfransı |
10.06.2023 |
29.05.2023 |