22.02.2023

Psixoloq vəzifəsi üçün müsabiqə elan olunur

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan psixoloq vəzifəsi üçün müsabiqə elan olunur.

 

Psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər fevralın 22-dən etibarən müvafiq sənədlərini Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə Metodik Mərkəzin əməkdaşı Kamilə Namazovaya təqdim edə bilərlər. Qeydiyyat prosesi martın 1-də başa çatacaq.

Müsabiqə üçün tələb olunan sənədlər aşağıdakılardır:

 

· Ali təhsil haqqında sənədin surəti

· Şəxsiyyəti təsdiq edən sənədin  surəti

· Tərcüməyi hal

· 2 ədəd 3x4 ölçüdə fotoşəkil

· Kadrlar uçotunun şəxsi vərəqəsi

· Tərcümeyi-hal (əlyazma ilə)

· Diplomun əlavəsi

 

Müsabiqə 5 mərhələdən (sənədlərin qəbulu, müvafiq sənədlərin yoxlanılmasıı, test imtahanı, müsahibə mərhələsi və vakant yerlərin seçimi) ibarətdir.

 

Müvafiq qaydada sənədlərini təqdim etmiş şəxslər məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcəklər.

 

Test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə namizədlərə məlumat veriləcək.

 

Qeyd edək ki, məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak edə bilərlər.

 

Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər GDRTİ-nin Çağrı Mərkəzinə (146-0-2) müraciət edə bilərlər.

 

 


Açar sözlər: ,