05.04.2023

Yardımçı pedaqoji heyət vəzifələri üzrə işə qəbula start verilir

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində laborant, kitabxanaçı, kitabxana müdiri, təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini və uşaq birliyi təşkilatı rəhbəri vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

 

Sənəd qəbulu 5-25 aprel tarixlərində həyata keçiriləcəkdir. Müsabiqə 3 mərhələdən: sənədlərin qəbulu, test imtahanı və müsahibədən ibarətdir.

 

Müsabiqə üçün tələb olunan sənədlər aşağıdakılardır:

 

-              Orta, ümumi orta, orta ixtisas və ya ali təhsil haqqında sənədin surəti (Diplomun əlavəsi);

-              Şəxsiyyəti təsdiq edən sənədin  surəti;

-              Tərcüməyi hal;

-              2 ədəd 3x4 ölçüdə fotoşəkil;

-              Kadrlar uçotunun şəxsi vərəqəsi;

-              Tərcümeyi-hal (əlyazma ilə);

 

Müsabiqədə iştirak etmək istəyən şəxslər müvafiq sənədləri 5 apreldən 25 aprelədək iş günləri ərzində saat 10:00-dan 17:00-dək Gəncə şəhər 28 nömrəli tam orta məktəbə təqdim edə bilərlər.

Sənədlərin uyğunluğu yoxlanıldıqdan sonra müraciət etmiş şəxslər test imtahanı mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

 

Adıçəkilən vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramına aşağıdakılar daxildir:

 

Laborant vəzifəsi üzrə

  - ixtisas tələbləri: Tam orta təhsil, əmək stajına tələb qoyulmadan;

- Laboratoriya işləri və dərs məşğələlərinin keçirilməsi üzrə hüquqi aktlar;

- tədris avadanlıqları, təlimin texniki vasitələri, cihazlardan istifadə olunmasının mövcud standartları və texniki şərtləri;

- avadanlıqlardan istifadə qaydaları;

- əməyin təşkilinin əsasları; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri;

 

 Kitabxanaçı vəzifəsi üzrə

 

- ixtisas tələbləri: Tam orta təhsil və 3 ildən az olmayaraq əmək stajı; orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

- “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu;

- təhsil müəssisəsinin inkişaf perspektivləri,

- kitabxanaşünaslıq və biblioqrafiya; oxuculara xidmətin əsasları; kitabxana fondunun uçotu və saxlanması; kitabların qəbul edilmiş beynəlxalq təsnifat sistemi və kataloqun tərtibi normaları;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri;

- əmək qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları.

 

 

Kitabxana müdiri vəzifəsi üzrə

- ixtisas tələbləri: orta ixtisas təhsili, kitabxana işi sahəsində 5 ildən az olmayaraq əmək stajı; ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı;

- “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu;

- təhsil müəssisəsinin inkişaf perspektivləri,

- kitabxanaşünaslıq və biblioqrafiya; oxuculara xidmətin əsasları; kitabxana fondunun uçotu və saxlanması; kitabların qəbul edilmiş beynəlxalq təsnifat sistemi və kataloqun tərtibi normaları;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri;

- əmək qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları.

 

Uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə:

- ixtisas tələbləri: Tam orta təhsil, əmək stajına tələb qoyulmadan;

- “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları;

- Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyası;

- tərbiyə və özünütərbiyənin pedaqogika və psixologiyası, pedaqoji etika, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətləri, uşaq kollektivlərinin psixologiyası,

- uşaq təşkilatlarının iş xüsusiyyətləri; uşaq birliyi təşkilatının rəhbərinin vəzifələri və qarşısında duran tələblər;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri;

- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları.

 

Təsərrüfat müdiri və ya təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə

- ixtisas tələbləri: orta ixtisas təhsili və ya ali təhsil, 3 ildən az olmayaraq əmək stajı.

- “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;

- təsərrüfat xidməti üzrə işin yerinə yetirilməsinin təşkilini;

- xidmətçi heyətin əməyindən səmərəli istifadə yollarını;

- binanın istismar olunmasının təşkilinin elmi əsaslarını;

- iş avadanlığının istismar qaydaları,

- əməyin təşkilinin əsasları;

- daxili əmək intizamı qaydaları, əmək qanunvericiliyinin əsasları, əməyin mühafizəsi,

- təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri