10.04.2023

“Peşəkar İdarəçi” (Pİ) müsabiqəsinə sənəd qəbulu

Gəncə-Daşkəsən RTİ  “Peşəkar İdarəçi” (Pİ) müsabiqəsinə elektron müraciətlərin qəbulunu elan edir

 

Müsabiqənin məqsədi:

 -   Yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrların aşkar olunması;

-     Karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək;

-      Təhsil sahəsində  idaraetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etmək;

-       Elm və təhsil sahəsində çalışan potensiallı əməkdaşlardan ibarət “Təhsilin kadr bankı”nı formalaşdırmaq.

 

 Müsabiqədə iştirak edə bilər:

• Ali təhsilli;

• Gəncə-Daşkəsən RTİ-nin əhatə etdiyi şəhər və rayonlarda yerləşən istənilən təhsil müəssisəsində çalışan;

• Davamlı olaraq minimum 3 il pedaqoji staja malik Azərbaycan Respublikasının vətəndaşları

Yuxarıdakı tələblərə cavab verən namizədlər aprel ayının 10-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

 

https://forms.gle/UFCFaFr9sSKyAoGh7

 

Namizədlər elektron qeydiyyatdan keçdikdən sonra ilkin olaraq qeydiyyat məlumatları yoxlanılacaq, daha sonra qiymətləndirmə (test imtahanı) mərhələsində iştirak hüququ qazanacaqlar. Bu mərhələdə namizədlərin idarəetmə bacarıqları, əmək və təhsil qanunvericiliyi üzrə bilikləri, məntiqi təfəkkürü yoxlanılacaq.

 

Test imtahanı mərhələsində müvafiq keçid balını (iştirakçı sayı və nəticələrə nisbətdə müəyyənləşdiriləcək) toplamış namizədlərin nəzəri və praktiki bilikləri (tədrisin təşkili və keyfiyyəti, məzmun və qiymətləndirmə, kadr məsələləri, maliyyə-təsərrüfat məsələləri, hüquqi biliklər) yazı işi (esse) mərhələsində yoxlanılacaq.

 

Yazılı imtahan mərhələsində uğur qazanmış şəxslər təlimlərə cəlb olunacaq. Təlimlər başa çatdıqdan sonra təcrübəkeçmə dövrü başlayacaq.

 

Namizədlərin esse mərhələsində əldə etdiyi nəticələrə, həmçinin bilik-bacarıq və kompetensiyalarına uyğun olaraq təcrübəkeçmə mərhələsində iştirakı təmin olunacaq.

 

Təcrübəkeçmə mərhələsində namizədlər kuratorlar təhkim olunmaqla 4 modul üzrə təcrübə keçəcəklər:

I modul: Kadr inzibatçılığı;

II modul: Maliyyə-təsərrüfat məsələləri;

III modul: Tədrisin təşkili və idarə olunması;

IV modul: Tədrisin keyfiyyəti və qiymətləndirilməsi.


Açar sözlər: ,