06.05.2023

Gəncədə veloyürüş keçiriləcək

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə cari ilin 10 may tarixində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar veloyürüş keçiriləcək.

 

Veloyürüş saat 16:00-da, Gəncə şəhər Nizami Gəncəvi prospektindən (Ramada Plazanın qarşısından) start götürəcək və Heydər Əliyev Mərkəzinədək davam edəcək.

 

100 qadın təhsil işçisi, 100 qadın valideyn və 100 şagirdin iştirakı ilə həyata keçiriləcək veloyürüş üçün qeydiyyat davam edir. Qeyd edək ki, veloyürüşdə iştirak üçün bugünədək 450 nəfər müraciət etmişdir.

 

Veloyürüşdə iştirak etmək istəyən şəxslərin aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməsi mütləqdir.

Qeydiyyat linki:

 

https://forms.office.com/r/PHVjNCuUZZ