28.09.2023

Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi

Sentyabrın 30-da Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

 

Qeyd edək ki, test imtahanı mərhələsi Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə (Azərbaycan bayrağı küçəsi 1-ci döngə 300) keçiriləcək. İmtahanın keçirilmə müddəti 80 dəqiqədir. Test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim olunacaq.

 

İmtahan saat 11:00-da başlayacaq və kompüter vasitəsilə təşkil olunacaq.

 

İmtahanda iştirak edəcək namizədin imtahanın keçiriləcəyi binaya daxil olarkən şəxsiyyəti təsdiq edən sənədinin üzərində olmağı mütləqdir. Eyni zamanda namizədlər imtahan mərkəzinə imtahan müddəti başlamazdan 30 dəqiqə əvvəl yaxınlaşmalıdır.

 

Həmçinin direktor müavinləri və təşkilatçı vəzifələrinə işə qəbul müsabiqənin test imtahanı mərhələsində iştirak hüququ qazanan namizədlərin mobil əlaqə nömrələrinə SMS bildiriş və ya zəng vasitəsilə məlumat bildiriləcəkdir.