18.10.2023

“Fərqli Sən” layihəsi

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Fərqli Sən” layihəsi həyata keçiriləcəkdir.

 

Layihənin keçirilməsində məqsəd istedadlı uşaqların üzə çıxarılması, onların qabiliyyət və yaradıcılıq imkanlarının aşkarlanması və inkişaf etdirilməsidir. Layihə 3 yaş kateqoriyasını (6-9, 10-13, 14-17)  əhatə edəcək.

 

Şagirdlər 18-30 oktyabr tarixləri arasında sorğu linkinə daxil olaraq özləri haqda məlumatları və qabiliyyət sahələrinə aid xananı (və ya xanaları) seçərək orada müvafiq qeydlər aparacaqlar. Daha sonra hər qabiliyyət sahəsi üzrə öncədən məlumat verilməklə peşəkarlar tərəfindən şagirdlərin bacarıqları yoxlanılacaqdır.

 

Meyarlara uyğun hesab edilən şagirdlər “Fərqli Sən” layihəsində qalib hesab edilərək, idarənin “istedadlı şagirdlər” bankına əlavə ediləcəklər.

 

Qeydiyyat üçün link:  https://forms.office.com/r/xsVdhJaysP


Açar sözlər: ,