14.11.2023

Eksternat qaydada imtahanların keçirilməsi 

Əvvəlki  illərdə  ümumi  təhsil  məktəblərində  oxuyub ümumi  orta  və  tam  orta  təhsil  səviyyəsini  bitirə  bilməyən  şəxslər  üçün  15  noyabr  2023-cü il  tarixdən  15 dekabr  2023 -cü il  tarixədək  eksternat  təhsilalma  forması  üzrə   sənəd  qəbulu  həyata  keçiriləcək.  Eksternat  qaydasında  imtahanlar  əvvəlki  illərdə  Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində  fəaliyyət  göstərən  təhsil  müəssisələrində  təhsil  almış, lakin  ümumi  orta  və  ya  tam  orta  təhsil  səviyyəsini  başa  vura  bilməyən  şəxslərə  şamil  olunur.

 

İmtahanda iştirak  etmək  istəyən şəxslər sənədlərini təhsil almış olduqları ümumtəhsil məktəbinin tabe olduğu təhsil sektoruna təqdim etməlidir.

                                   Tələb olunan sənədlər

1. Şəxsiyyət  vəsiqəsinin  surəti;

2. 3 x 4 ölçüdə 2 ədəd foto şəkil;

3. Tam  orta  təhsil  səviyyəsi  üzrə  eksternat  təhsilalma  formasında  imtahanlarda  iştirak  üçün  (11-ci sinif üzrə ) müraciət  edildiyi  halda  ümumi  orta  təhsil  haqqında  attestatın (şəhadətnamənin) notariusda təsdiq olunmuş surəti;

4. Oxuduğu təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış;

5. Hərbi  xidmət  haqqında  sənədin  surəti;

6. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinin adına  ünvanlanmış  ərizə.

 

Ümumi  orta təhsil  səviyyəsi  haqqında  attestat  almaq  üçün  müraciət  edən  şəxslərin  yaşı  16-dan, tam  orta  təhsil  səviyyəsi  haqqında  attestat  almaq  üçün  müraciət  edənin  yaşı  18-dən  aşağı  olmamalıdır.

 

Müraciət  edən  şəxslər  buraxılış  imtahanlarından  öncə  əsas  fənlərdən  ibarət  aralıq  imtahanda  iştirak  edirlər. Tədris  dili  rus  dilində  olan  şəxslər  əlavə  olaraq  Azərbaycan  dili  fənnindən  imtahan  verirlər.

 

Nəticələr  Dövlət  İmtahan  Mərkəzi  tərəfindən  keçirilən  buraxılış  imtahanlarına  kimi  açıqlanır. İmtahanlarda  uğur  qazanmış  şəxslər  ümumi  orta  və  tam  orta  təhsil  haqqında  sənəd  (attestat)  almaq  üçün  Dövlət  İmtahan  Mərkəzi  tərəfindən  ümumi  və  tam  orta  təhsil  səviyyəsi  üzrə  keçirilən  buraxılış  imtahanlarında  iştirak  etmək  hüququ  qazanacaqlar.

 

Ərizə forması ümumi orta

Ərizə forması tam orta