06.12.2023

Məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbulu həyata keçirilir

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən  məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifəsinə işə qəbulu həyata keçirilir. Bununla bağlı 6 dekabr 2023-cü il tarixindən 12 dekabr 2023-cü il saat 23:59-a kimi 16 noyabr 2023-cü il tarixində müsabiqədə iştirak etmiş şəxslər aşağıda qeyd edilmiş linkə daxil olaraq qeydiyyatdan keçmək mümkündür.

                                                                             

Qeydiyyat linki: https://forms.gle/dStmmewzHVk2uNEUA

 

Qeyd edək ki, müsahibə təşkil olunarkən müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmazsa, müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.

 

Yerlərə görə müsahibəyə dəvət zamanı nəzərə alınan müsabiqə balı azala bilər, lakin bu 35 baldan az ola bilməz.

 

Müsahibəni keçməyən və ya qeydiyyatdan keçib lakin müsahibəyə dəvət edilməyən namizədlər gələcəkdə təşkil ediləcək müsahibələrə yenidən müraciət edə bilərlər. (Namizədin topladığı bal 1 il üçün keçərlidir.)

 

Vakant yerlərin siyahısı

 

https://bitly.ws/34Tgp