Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinə yerdəyişmə müsabiqəsinə başlanılır.
Müsabiqədə Gəncə-Daşkəsən RTİ-nin tabeliyində fəaliyyət göstərən və hazırda ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışan şəxslər iştirak edə bilərlər.
Namizədlər üçün tələblər:
-pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil;
-10 ildən az olmayaraq pedaqoji staj;
-direktor vəzifəsində 3 ildən az olmayaraq iş stajı.
Müsabiqə 3 mərhələdən (qeydiyyat, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.
Üstünlük veriləcək namizədlər:
-namizədin rəhbərlik etdiyi məktəbin şagirdlərinin son 3 ildə yerli və beynəlxalq müsabiqələrdə qalib və ya mükafatçı olması;
-namizədin rəhbərliyi dövründə məktəbin qrant müsabiqəsinin qalibi olması;
-namizədin yerli müsabiqələrin (Pİ, Qrant müsabiqəsi və s.) qalibi olması;
-namizədin rəhbərlik etdiyi məktəbin IX-XI sinif buraxılış imtahanlarının son 3 il üzrə nəticələrinin yüksək olması;
-namizədin rəhbərlik etdiyi məkətəbin məzunlarının son 3 ildə ali məkətəblərə qəbul nəticələrinin yüksək olması.
Müsabiqədə göstərilən tələblərə uyğun olan və şagird sayı 150-dən çox olan ümumi təhsil müəssisələrində hazırda direktor vəzifəsində işləyən şəxslər iştirak edə bilərlər.
Müsabiqəyə qeydiyyat 12 mart 2024-cü il tarixdə başlamaqla, 18 mart 2024-cü il tarixdə saat 23:59-da başa çatacaq.
Namizədlər aşağıda qeyd olunan keçid linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://bitly.ws/3fHSK
Bir vakant yerə müsahibədə uğur qazanaraq eyni balı toplayan 1-dən çox namizəd olduğu halda vakant yerlərin seçimi mərhələsində ilk növbədə son 3 il ərzində hazırda çalışdığı məktəbin IX və XI siniflər üzrə buraxılış imtahanlarının və son 2 ildə IV siniflər üzrə monitorinqlərin nəticələri ardıcıllıqla nəzərə alınacaq.
Qeyd: Son 6 (altı) ay ərzində barəsində müvafiq intizam tənbeh tədbiri olan şəxslərin müsabiqədə iştirakına icazə verilmir.
Vakant yerlərin siyahısı: https://bitly.ws/3fHUc