Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.
Müsabiqədə hal-hazırda məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi müəllimlər iştirak edə bilərlər. Namizədler 06 aprel 2024-cü il saat 23:59-a kimi qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link: https://bitly.ws/3hmFT
Bir vakant yerə birdən çox müraciət olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük verilir.
• Şəhid ailə üzvlərinə;
• Daha yüksək təhsil pilləsini (səviyyəsini) bitirənlərə;
• Pedaqoji stajı daha çox olan tərbiyəçi müəllimlərə;
Yerdəyişmə prosesi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri arasında, həmçinin digər Regional təhsil müəssisələri arasında həyata keçirilə bilər.
Qeyri-ixtisaslı tərbiyəçi müəllimlər yaşayış yerindən asılı olmayaraq yerdəyişmə prosesində iştirak edə bilməzlər.
Vakansiya siyahısı