28.02.2024

“Dərsimin ən maraqlı anı” adlı yeni sosial media layihəsinə start verilir

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi  tərəfindən “Dərsimin ən maraqlı anı” adlı yeni sosial media layihəsinə start verilir.

 

Layihənin əsas məqsədi tədris prosesində şagirdlərin maraqla öyrənməsi, öyrətmə prosesində həyata keçirilən yeniliklər haqqında qarşılıqlı əməkdaşlığın səmərəli müstəviyə köçürülməsi, həmçinin regional idarənin təhsil müəssisələrində bu istiqamətdə həyata keçirilən təşəbbüslərin bütün təhsil ictimaiyyətinə çatdırılmasından ibarətdir.

 

Layihə çərçivəsində görülən işlərin, keçirilən məzmunlu və səmərəli tədbirlərin məktəbin sosial şəbəkə səhifələrində  #mənimdərsim haşteqi ilə yayımlanması zəruridir.

 

Təhsil müəssisələrinin sosial şəbəkələrdəki səhifələrinin bu istiqamətdə paylaşımları may ayının 20-dək izləniləcək, fərqli, yaradıcı yanaşmaları ilə fərqlənən və izləyicilər tərəfindən bəyənilən paylaşımları ilə seçilən məktəblər qiymətləndiriləcək. Qaliblər təltif olunacaq və onlar haqqında internet resurslarında məlumat veriləcək.